Korporativ Sosial Məsuliyyət

KORPORATİV SOSİAL MƏSULİYYƏT

AS Group Investment MMC

KSM Siyasəti

"AS Group Investment" MMC öz Korporativ Sosial Məsuliyyət siyasətinə əsasən ölkəyə, cəmiyyətə və vətəndaşlara qarşı məsuliyyətini daima yüksək tutaraq, fəaliyyət göstərdiyi illər boyu müxtəlif sosial layihələri dəstəkləmişdir.

Şirkətimizin KSM siyasəti aşağıdakı sahələri əhatə edir:

Şəhid ailələri və veteranların dəstəklənməsi

Vətən müharibəsində torpaqların azad edilməsi uğrunda döyüşən şəhid ailələrinə yardım göstərilməsi.

Karantin dövründə maliyyə dəstəyi

Ölkədə ciddi karantin rejimi qüvvədə olduğu dövrdə Azərbaycan əhalisinə maliyyə yardımı göstərilməsi.

Uşaq evlərinin dəstəklənməsi

Müxtəlif yetimxanalar və internat məktəblərinin dəstəklənməsi üzrə layihələrin həyata keçirilməsi.

Autizmli uşaqlar birliyinin dəstəklənməsi

"Birgə və Sağlam" Autizmli Uşaqlar İctimai Birliyinə təşkilati və maliyyə dəstəyi göstərilməsi.

"ASAN Məktub" sponsorluğu

"ASAN Könüllülər" İctimai Təşkilatının "ASAN Məktub" layihəsinə sponsor dəstəyi göstərilməsi.

Məktəblilər üçün təhsil tədbirləri

Təhsil müəssisələri ilə əməkdaşlıqda məktəblilər üçün müxtəlif təhsil tədbirlərinin təşkili.

Ətraf mühitin qorunması və yaşıl zonalar

Ətraf mühitin qorunması və tikinti sahələrində park və yaşıl sahələrin yaradılmasına diqqət.

Oxçuluq Federasiyasının dəstəklənməsi

Azərbaycan Respublikasının Milli Oxçuluq Federasiyasına təşkilati və maliyyə yardımı göstərilməsi.

Məşğulluq təşəbbüsləri

Həm Azərbaycanda, həm də Gürcüstanda məşğulluğun təmin edilməsi istiqamətində işlər görülməsi.