Azərbaycan Respublikasının inkişafında və Qarabağ müharibəsindən sonra ölkəmizin yenidən qurulmasında mühüm rol oynayan sahələrdən biri tikinti və infrastruktur sahəsidir. Bu sahədə fəaliyyət göstərən "AS Group Investment" şirkəti, tikinti, daşınmaz əmlak, istehsal, nəqliyyat və kənd təsərrüfatı sahələrində geniş fəaliyyət göstərir.
Şirkətimizin əsas məqsədi ölkəmizin gənc, bacarıqlı və təşəbbüskar insan kapitalına daima yatırım etməkdir. Uğurla icra etdiyimiz hər işimiz özü bir keyfiyyət nişanəsidir. Bütün potensialımızı ortaya qoyaraq ölkədaxili və ölkə hüdudlarından kənarda korporativ əlaqələrimizi genişləndirmək, güclü idarəetmə mexanizmləri formalaşdırmaq və şirkətdaxili idarəçiliyi inkişaf etdirmək üçün hər zaman yeni istiqamətlər axtarırıq.
İstər fərdi, istərsə də korporativ əlaqələrimizin inkişaf etdirilməsində müştəri loyallığını hər zaman yüksək tutmağa çalışırıq. İcra etdiyimiz bütün layihələrdə ətraf mühitin qorunması və insanların sosial rifahının yaxşılaşdırılması önəm verdiyimiz sosial dəyərlərimizdir.
Əməkdaşlarımıza gördükləri işlərdə daima məsuliyyətli olmağı aşılayırıq. Fəaliyyətimizin hər bir istiqamətində müştərilərimizə göstərdiyimiz xidmətin keyfiyyəti şirkətin marka dəyəridir. Fəaliyyət göstərdiyimiz bütün sahələrdə müştəri və tərəfdaşlarımıza daim etibar nümayiş etdiririk.
Modern texnologiyalar və insan kapitalına yatırım sayəsində Azərbaycanda və digər ölkələrdə uğur qazanmışıq. Layihələrimizi qoşulu şirkətlərimizin dəstəyi ilə konsepsiyadan tam təhvilə qədər həyata keçiririk.